Hindistanda torpaq sürüşməsində 42 nəfər həlak olub
Hindistanın Manipur ştatında 107-ci ordu bölüyünün, həmin ərazidə tikilməkdə olan dəmir yolu stansiyasının yaxınlığında torpaq sürüşməsi olub.
1news.az xəbər verir ki, torpaq sürüşmələri zamanı 27-si hərbçi olmaqla azı 42 nəfər həlak olub.
Ölən dinc sakinlər arasında dəmiryol mühəndisləri, inşaat işçiləri və bir neçə yerli sakin var.
Üçü hərbçi olmaqla 20 nəfər itkin düşmüş hesab olunur. Fövqəladə hadisə yerində xilasetmə əməliyyatı davam edir. Lakin güclü yağışlar xilasetmə işlərini çətinləşdirir. Bundan əlavə yağışlar səbəbindən yeni sürüşmə təhlükəsi var.
1news.az
423