Rusiya quru sərhədlərini açır | 1news.az | Xəbərlər
Dünya

Rusiya quru sərhədlərini açır

12:40 - 04 / 07 / 2022
Rusiya quru sərhədlərini açır

Rusiya iyulun 15-dən etibarən quru sərhədlərdən gediş-gəlişlə bağlı məhdudiyyəti aradan qaldırır.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin koronavirus pandemiyası ilə mübarizə üzrə operativ qərargahın qərarında deyilir.

"Həyata keçirilmiş müzakirələr nəticəsində iyulun 15-dən etibarən Rusiyanın dövlət sərhədlərindən gediş-gəlişə tətbiq olunan məhdudiyyətin aradan qaldırılması barərə qərar verilib", - qərarda deyilir.

Xatırladaq ki, Rusiya quru dövlət sərhədlərinu 2020-ci ilin martında bağlamışdı.

İyunun 14-də Rusiya hava və dəniz sərhədlərini açdığını elan etmişdi.

1news.az

Paylaş:
467

Son xəbərlər

Bütün xəbərlər