“Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi” mövzusunda vebinar keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi” mövzusunda vebinar keçirilib

11:06 - 06 / 07 / 2022
“Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi” mövzusunda vebinar keçirilib

İyulun 5-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Spektr Med şirkətinin birgə təşkilatçılığı ilə “Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi” mövzusunda vebinar həyata keçirilib.

1news.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev vebinar iştirakçılarını salamlayaraq diaqnozun qoyulmasında və uğurlu müalicə işinin təşkilində laborator nəticələrin doğruluğunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Mərkəzi Gömrük Hospitalının laboratoriyasının ən müasir avadanlıqlarla təchiz olunduğunu vurğulayaraq bu sahədə çalışan mütəxəssislər üçün davamlı olaraq təkmilləşdirici tədbirlərin həyata keçirildiyini qeyd edib. Vebinarın mütəxəssislərarası təcrübə mübadiləsi üçün maraqlı bir platforma olacağına inandığını qeyd edən İ.Əfəndiyev çıxışının sonunda vebinarın işinə uğurlar arzu edib.

Verbinarda eyni zamanda Spektr Med şirkətinin texniki dəstək və təlim şöbəsinin müdiri Sərxan Nəcəfli və satış və marketinq şöbəsinin baş mütəxəssisi Zülfü Bayramlı da çıxış edib. Onlar davamlı və uğurlu əməkdaşlığa görə təşəkkür edərək dinləyiciləri sual-cavab və müzakirələrdə aktiv olmağa səsləyiblər.

Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi Sevinc Gülmalıyevanın moderatorluğu ilə həyata keçirilmiş vebinarda Spektr Med şirkətinin Axın Sitometriyası və Klinik Kimya üzrə Məhsul Meneceri Ramazan Ayaş və Hematologiya və Koaqulyasiya üzrə Məhsul Meneceri Özgen Büyükgöze kliniki laborator müayinələrin yeni nəsil, Yaponiya istehsalı Sysmex sistemləri vasitəsi ilə tədqiqi prinsiplərinə dair məruzə ilə çıxış ediblər, eləcə də dinləyiciləri maraqlandıran sualları cavablandırıblar.

Vebinarda Mərkəzi Gömrük Hospitalının həkimləri, orta tibb personalı və rezidentlər iştirak edib. Daha geniş auditoriyanın maarifləndirilməsi məqsədilə vebinar Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

1news.az

Paylaş:
169

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər