Yapon alimlərindən yüksək təzyiqin həlli: Duz hissi verən elektrik yemək çubuqları | 1news.az | Xəbərlər
Dünya

Yapon alimlərindən yüksək təzyiqin həlli: Duz hissi verən elektrik yemək çubuqları

11:46 - 09 / 07 / 2022
Yapon alimlərindən yüksək təzyiqin həlli: Duz hissi verən elektrik yemək çubuqları

Yaponiyalı tədqiqatçılar, zəif elektrik axımından istifadə edərək təkminləşdirilmiş yemək çubuqları ilə yeməklərdəki çox az miqdardaki duzun belə dadını süni şəkildə ən az bir yarım dəfə artıraraq gündəlik duz qəbulunu məhdudlaşdırmaq məqsədini daşıyır.

1news.az BBC news –a istinadən xəbər verir ki, dünyada bir ilk kimi təsvir edilən ixtira elektriklə stimullaşdırılan yemək çubuqlarından və biləyə quraşdırılan mini- kompüterdən ibarətdir.

Tokiodakı Meiji Universitetindən Homei Miyaşita və komandasının Yapon qida nəhəngi Kirin ilə birlikdə icad etdikləri çubuqlar, əslində sadə bir sistemə əsaslanır.

İnsana zərər verməyəcək dərəcədə zəif elektrik axımı verilən çubuqlar, yeməkdə olan natrium xlor və natrium qlutamat ionlarını ağıza ötürərək süni bir duz hissi yaradır, yeyilən yeməyin dadının daha güclü və ya zəif qəbuluna yol açır.

Məhsulun hazırlanması zamanı duzu azaldılmış miso şorbasının dadına baxan şəxslər məhsulun yeməyin “zənginliyi, şirinliyini və ümumi dadını” artırdığını söylədi.

Bir yaponiyalının gündəlik aldığı duz miqdarı olan 10 qram duz, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsi olan 5 qramın iki qatıdır.Yaponiya hökuməti duz miqdarını kişilərdə 7,5 qram, qadınlarda da 6,5 qrama endirməyi qarşısına məqsəd kimi qoyub. Çünki bildiyimiz kimi yüksək duz istehlakı infarkt və iflicin ən mühüm səbəbi olan qan təzyiqin yüksəldir.

Elektrik yemək çubuqlarını icad edən Miyaşitanın laboratoriyası hissləri stimullaşdıran texnalagiyadan istifadə edərək müxtəlif sahələrdə araşdırmalarını davam etdirir. Duz artıran yemək çubuqlarının prototipini daha da inkişaf etdirmək və bazara çıxarmaq planlaşdırılır.

Humay Əliyeva

Paylaş:
863

Sizin üçün xəbərlər

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər