Britaniyanın XİN başçısı Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Mühafizəkarlar Partiyasının lideri və Baş nazir vəzifələrinə namizədliyini irəli sürüb.
1news.az TASS-a istinadən xəbərə verir ki, nazir bildirib ki, qlobal iqtisadi böhran fonunda daxildə ən böyük problemlərlə üzləşilib.
“Növbəti seçkilərə hazırlaşmaq üçün iki ildən az vaxt qalıb. Çətin mübarizə olacaq, lakin Britaniya xalqına verdiyi vədləri yerinə yetirməklə qalib gəlmək olar. Mən namizədəm. Vədləri yerinə yetirə və sərt qərarlar verə bilirəm”,- deyə Trass bildirib.
1news.az
468