ÜST: Dünyada mənşəyi məlum olmayan hepatit yayılır | 1news.az | Xəbərlər
Dünya

ÜST: Dünyada mənşəyi məlum olmayan hepatit yayılır

09:21 - 14 / 07 / 2022
ÜST: Dünyada mənşəyi məlum olmayan hepatit yayılır

Dünyada mənşəyi məlum olmayan hepatitlə bağlı 1 010 hal aşkar edilib.

1news.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda qeyd olunur.

Qurum bildirir ki, 22 halda xəstəlik ölümlə nəticələnib.

Mənşəyi məlum olmayan hepatitin ilk kütləvi yayılması aprelin 5-də Böyük Britaniyada qeydə alınıb. Xəstəlik əsasən 10 yaşlı uşaqlar arasında yayılır. Dünyada qeydə alınmış xəstələrdən 484-ü Avropadadır ki, bunlardan 272-si Britaniyanın payına düşür. Xəstəlik sayına görə ikinci yerdə isə 435 nəfərlə Amerika gəlir.

1news.az

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər