Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib

Qafar Ağayev14:59 - 18 / 07 / 2022
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 18-də Azərbaycana səfərə gəlib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni hava limanında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, ölkəmizin Belçika Krallığındakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş:
677

Son xəbərlər

Gürcüstanda zəlzələ olub

25 / 07 / 2026, 18:03

Qızıl bahalaşdı

25 / 07 / 2026, 16:21
Bütün xəbərlər