İsrail vətəndaşlarına hücum etməkdə ittiham olunan 7 iranlı barəsində həbs qərarı verildi | 1news.az | Xəbərlər
Dünya

İsrail vətəndaşlarına hücum etməkdə ittiham olunan 7 iranlı barəsində həbs qərarı verildi

16:37 - 22 / 07 / 2022
İsrail vətəndaşlarına hücum etməkdə ittiham olunan 7 iranlı barəsində həbs qərarı verildi

İstanbul Cəza Məhkəməsi Türkiyədə İsrail vətəndaşlarını hədəfə almağı planlaşdırmaq ittihamı ilə həbs edilən 8 iranlı şübhəlidən 7-si barəsində həbs qərarı çıxarıb.

1news.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, İstanbul Prokurorluğunun başlatdığı cinayət işinə əsasən, 5 iranlı şübhəli iyunun 17-də polisin keçirdiyi əməliyyat zamanı “hərbi və ya siyasi casusluq” ittihamı ilə tutulub

İyunun 29-da məhkəmə hakimi müttəhimlər Məcid.N, Əlirza.S, Seyid Mahmud.H, Həsən.H və Məryəm.M-nin həbsi barədə qərar çıxarıb. İstanbul Cəza Məhkəməsi Məryəm.M ilə bağlı səyahət qadağası qoyub və o, şərti azadlığa buraxılıb, digər şübhəlilər isə həbs edilib.

Aparılmış istintaq və dindirmələrin davamında, ikinci əməliyyat iyulun 14-də İstanbulun Taksim meydanındakı otelin ətrafında keçirilib. Həmin əməliyyat zamanı da israilli turistlərə qarşı silahlı sui-qəsd təşkil etməkdə şübhəli bilinən Keyvan.M, əməliyyatı planlaşdırmaqda şübhəli bilinən Camal.C və İman.S tutulublar. Həmin şəxslər dindirildikdən sonra hakimin qərarı ilə həbs olunublar.

Əməliyyat zamanı 3 ədəd tapança, tapançaya taxılan 2 ədəd qara lazer cihazı, 3 ədəd səsboğucu və çoxlu sayda patron ələ keçirilərək götürülüb.

1news.az

Paylaş:
711

Sizin üçün xəbərlər

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər