İran və Rusiya ticarətində rubl digər xarici valyutaları əvəz edib
İranın iqtisadiyyat naziri Vladimir Putinin ötən həftə İrana səfərində Rusiya ilə ikitərəfli ticarətdə rublun xarici valyutalarla əvəzləndiyini açıqlayıb.
1news.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, Ehsan Xanduzi iyulun 26-da deyib ki, hökumətin iradəsinə əsasən, ikitərəfli və çoxtərəfli pul sazişlərinin bağlanması da daxil olmaqla, İran ilk addımı atıb və praktiki olaraq bu, rublun İran valyuta bazarına daxil olması deməkdir.
Əvvəllər Rusiya və İran ikitərəfli ticarətdə rubl və rialdan istifadə etməli olsalar da, indi ikitərəfli ticarətin niyə təkcə rublla aparıldığı barədə açıqlama verilmir.
Rusiya Mərkəzi Bankının saytında rublun dəyəri Qafqaz və Mərkəzi Asiya ölkələri də daxil olmaqla 30-dan çox xarici valyutaya dəyər nisbəti qeyd olunduğu olduğu halda, İran rialından bəhs edilmir.
Rusiyanın gömrük statistikası göstərir ki, bu ölkə ötən il İrana 3 milyard dollardan çox ixrac, 1 milyard dollardan az idxal edib və ticarət balansı İranın ziyanınadır.
1news.az