Özbəkistan Prezidenti azərbaycanlı nazirləri qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Özbəkistan Prezidenti azərbaycanlı nazirləri qəbul edib - FOTO

Qafar Ağayev16:06 - 02 / 08 / 2022
Özbəkistan Prezidenti azərbaycanlı nazirləri qəbul edib - FOTO

Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə iştirak məqsədilə Daşkənddə səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı, Özbəkistan Prezidenti Azərbaycan Respublikası Prezidentinə ən xoş salamlarını çatdırıb. Cari ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana tarixi dövlət səfərinin əhəmiyyətini vurğulayan Prezident Şavkat Mirziyoyev, səfər zamanı əldə olunmuş razılıqlara uyğun olaraq qısa müddət ərzində görülən işləri yüksək qiymətləndirib. Bu xüsusda, bir sıra sahələr üzrə şirkətlər arasında artıq əlaqələrin qurulması, neft və qaz sektorunda şirkətlər arasında razılaşmaların əldə edilməsi, dünən keçirilmiş ikitərəfli Azərbaycan-Özbəkistan İqtisadi Komissiyanın iclası və onun nəticələrinin faydalı olduğu vurğulanıb. Həmçinin bu gün ilk dəfə olaraq keçirilmiş Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin tarixi üçtərəfli görüşünün ölkələrimiz üçün əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə eyni zamanda, ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində olan yüksək səviyyəli əməkdaşlıq məsələləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işlər, o cümlədən cari ilin noyabr ayında Səmərqənddə Zirvə görüşünün keçirilməsinə hazırlıq işləri müzakirə edilib. Ümumilikdə, ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.

Xarici işlər naziri Ceyhun Bayramov öz növbəsində, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ən xoş arzularını Prezidenti Şavkat Mirziyoyevin diqqətinə çatdırıb. Prezidentlərin tapşırığına uyğun olaraq, həm ikitərəfli hökumətlərarası komissiyanın nəticələrindən, həm də üçtərəfli formatda qəbul edilmiş Daşkənd Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib. Üçtərəfli formatda görüşün yüksək səviyyədə təşkilinə görə Özbəkistan dövlət başçısına minnətdarlıq ifadə edilib.

Paylaş:
613

Son xəbərlər

QMİ sədri: Ordumuzun rəşadəti sayəsində torpaqlarımız erməni silahlı birləşmələrindən təmizlənirBu gün, 17:30Mustafa Sandal bələdiyyə sədri ola bilərBu gün, 17:09Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi - VİDEOBu gün, 16:55Sahibə Qafarova İndoneziya Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri ilə görüşübBu gün, 16:55Evdən və mağazadan qızıl oğurlayan keçmiş məhkum saxlanılıbBu gün, 16:49Pirallahıda mənzildə meyit tapılıbBu gün, 16:37Şuşada Azərbaycan Ordusunun nəzarətinə keçən ərazidə traktorun minaya düşməsi ilə bağlı araşdırma aparılırBu gün, 16:23Saatlıda evdən və mağazadan oğurluq edən şəxs saxlanılıbBu gün, 16:09Bu tarixdə gecə ilə gündüz bərabərləşəcəkBu gün, 16:00Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilibBu gün, 15:47Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcəkBu gün, 15:37Daxili İşlər Nazirliyindən vətəndaşlara kiberhücumlarla bağlı vətəndaşlara müraciətBu gün, 15:30Azərbaycana turist ən çox bu ölkələrdən gəlirBu gün, 15:25Ermənilər Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqedə silah-sursatı ataraq qaçıblarBu gün, 15:24ABŞ Ukrayna 325 milyon dollarlıq hərbi yardım göndərəcəkBu gün, 15:13Ali Məhkəmə hüquqşünaslara müraciət edibBu gün, 14:49Xankəndidən danışan Fəxrəddin Manafov kövrəldi: “Torpağı öpüb, gözümə qoyacağam” - VİDEOBu gün, 14:43Azərbaycana payız fəslinin daxil olacağı vaxt açıqlandıBu gün, 14:28Mikayıl Cabbarov: “Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşları 17 % artıb”Bu gün, 14:24Şuşada Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə traktor minaya düşdü, xəsarət alan varBu gün, 14:15
Bütün xəbərlər

Next TV