Deputat: “Azərbaycan dövləti bu kateqoridayan olan insanlara mütəmadi olaraq qayğı göstərir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Azərbaycan dövləti bu kateqoridayan olan insanlara mütəmadi olaraq qayğı göstərir”

Qafar Ağayev15:09 - 03 / 08 / 2022
Deputat: “Azərbaycan dövləti bu kateqoridayan olan insanlara mütəmadi olaraq qayğı göstərir”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmişə həm birinci, həm də ikinci Qarabağ müharibələri zamanı şəhid olanların ailələrinə, qazilərə, veteranlara diqqət nümayiş etdirilib.

Bunu 1news.az-a açıqlamasında Milli Məclsin deputatı Naqif Həmzəyev deyib.

"Bu gün də birinci Qarabağ savaşı zamanı əlil olan şəxslərə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu, insanlara diqqətin növbəti bariz nümunəsidir. Birinci dərəcəli əlilliyi olanlara 8 800 manat, ikinci dərəcəli lilliyi olanlara 6 600, üçüncü dərəcəli əlilliyi olanlara isə 4 400 manat birdəfəlik ödəmə həyata keçiriləcək”.

Deputat bildirib ki, bu ödənişlər həmin şəxslərin bank kartlarına köçürüləcək: “Birinci Qarabağı savaşı zamanı əlil olan, lakin sonradan əlilliyi aradan qalxmış, yaxud da vəfat etmiş şəxslərin vərəsələri də bu ödənişi alacaqlar. Göründüyü kimi, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına dövlət qayğısı mütəmadi olaraq göstərilir. Onlar birdəfəlik ödəmələrlə təmin olunur, mənzil şəraiti yaxşılaşdırılır. Qazilərimiz və veteranlarımızın sağlamlıqlarının qorunub saxlanması, səhhətlərinin yaxşılaşdırılması və ən müasir protezlərlə təmin edilməsi Azərbaycan dövlət tərəfindən təmin edilir. Onlara avtomobillər verilir, ailə üzvlərinin məşğulluq problemləri aradan qaldırılır. Bir sözlə, Azərbaycan dövləti, aidiyyatı qurumlar, nazirliklər, fondlar tərəfindən məhz bu kateqoridayan olan insanlara qayğı mütəmadi olaraq göstərilir”.

Paylaş:
538

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər