Azərbaycan və Rusiya müdafiə nazirlərinin telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Rusiya müdafiə nazirlərinin telefon danışığı olub

Qafar Ağayev09:08 - 03 / 08 / 2022
Azərbaycan və Rusiya müdafiə nazirlərinin telefon danışığı olub

Avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər