“Qarabağ” ilk oyunda “Ferensvaroş”la sülh bağladı - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” ilk oyunda “Ferensvaroş”la sülh bağladı - VİDEO

09:07 - 04 / 08 / 2022
“Qarabağ” ilk oyunda “Ferensvaroş”la sülh bağladı - VİDEO

"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxıb.

1news.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Macarıstan çempionu “Ferensvaroş”u qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

“Ferensvaroş”un hesabı açmasına baxmayaraq, Ağdam təmsilçisi bərabərlik topunu vurmağı bacarıb. İlk yarının sonlarında isə “Qarabağ”ın ikinci qolu VAR sisteminə baxıldıqdan sonra ləğv edilib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
3 avqust

20:00. “Qarabağ” (Azərbaycan) - “Ferensvaroş” (Macarıstan) - 1:1
Qollar: Ovusu Kvabena, 34 - Frank Boli, 17
“Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 2. Qara Qarayev (k), 55. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 11. Ovusu Kvabena
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 6. Julio Romao, 15. Leandro Andrade, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

“Ferensvaroş”: 90. Deneş Dibus (k), 3. Sami Mmae, 4. Mats Knuster, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 16. Kristoffer Zahariassen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 70. Frank Boli, 93. Ayssa Ləyduni
Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Şoboş Merql, 15. Adnan Kovaçeviç, 23. Lorand Paska, Xenri Uinqo, 19. Balint Veçei, 44. Stepan Lonçar, 28. Karlos Auski, 50. Markinyos, 25. Ramus Telander, 76. Kristian Listeş, 5. Muhammed Basiç
Baş məşqçi: Stanislav Çerçesov
Baş hakim: Andreas Ekberq (İsveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1news.az

Paylaş:
1135

Son xəbərlər

Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59
Bütün xəbərlər