Futbol üzrə Azərbayan millisi V İslam Həmrəyliyi Oyunlarında üçüncü olub | 1news.az | Xəbərlər
Futbol

Futbol üzrə Azərbayan millisi V İslam Həmrəyliyi Oyunlarında üçüncü olub

17:22 - 16 / 08 / 2022
Futbol üzrə Azərbayan millisi V İslam Həmrəyliyi Oyunlarında üçüncü olub

İyirmi üç yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasə Konyada təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında üçüncü olub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, Konyadakı Cümhuriyyet stadionunda keçirilən qarşılaşmada seçməmiz Əlcəzair yığması ilə qarşılaşıb və matçda hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Zərbələri dəqiq yerinə yetirən Azərbaycan millisi qələbə qazanıb – 4:3.

Oyunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, veteran futbolçu İsgəndər Cavadov və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da izləyiblər.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.

Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.

İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

Paylaş:
1022

Son xəbərlər

Ayxan Hacızadə İran XİN-in sözçüsünə cavab verib: İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməzBu gün, 15:48“Ağyoxuş-1” qızıl yatağı yaxınlığında növbəti ağacəkmə aksiyası keçirilib - FOTOBu gün, 15:35Bakı metrosuna sərnişin xlor dağıtdıBu gün, 15:2831 mart hadisələri – bəşəriyyət tarixinin unudulmaz faciəsiBu gün, 15:19“Toyota Prius”: bilmədiyimiz özəllikləri - təhlükəsizlik və rahatlıq - VİDEOBu gün, 15:15Sabahdan müharibə veteranı və şəhid ailələri üçün yeni “Çağrı Mərkəzi” fəaliyyətə başlayırBu gün, 15:09Azərbaycan ilə Çex Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr aparılıbBu gün, 15:06Aprel ayına olan hava proqnozu açıqlanıbBu gün, 15:03Autizmin ilkin simptomlarına nələr daxildir? - Psixiatr Aydan Cabbarovadan CAVABBu gün, 15:00Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıbBu gün, 14:47Mərkəzi Bank standart məlumatlandırma forması təsdiq edəcəkBu gün, 14:28Milli Məclisin aprelin 4-də keçiriləcək iclasının gündəliyi açıqlanıbBu gün, 14:06Prezident AAYDA ilə bağlı Sərəncam imzaladıBu gün, 13:53Azərbaycana xaricdən pul köçürmələri artıbBu gün, 13:50Xocavənddə döyüş sursatları tapılıb - FOTOBu gün, 13:42Aprelin ilk gününün hava proqnozu açıqlandıBu gün, 13:32Avtomobillərin idxalına məhdudiyyət ikinci əl maşınların qiymətinə təsir edəcək? - Ekspert açıqladıBu gün, 13:11Küləkli hava nə zamana kimi davam edəcək?Bu gün, 13:05Sumqayıtda havaya atəş açan keçmiş məhkum tutulubBu gün, 12:37Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edibBu gün, 12:12
Bütün xəbərlər

Next TV