Azərbaycan, Türkiyə və Gürcüstan BTQ-nin tranziti ilə bağlı sazişi təsdiqləyib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan, Türkiyə və Gürcüstan BTQ-nin tranziti ilə bağlı sazişi təsdiqləyib

Qafar Ağayev09:12 - 19 / 08 / 2022
Azərbaycan, Türkiyə və Gürcüstan BTQ-nin tranziti ilə bağlı sazişi təsdiqləyib

Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının sadələşdirilməsi üçün ilkin məlumat mübadiləsi haqqında saziş imzalayıblar.

1news.az xəbər verir ki, sənəd Bakıda üç ölkənin hökumətləri arasında Gömrük üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində imzalanıb.

Sənəd hər üç dövlətin ərazisindən keçən Bakı-Tbilisi-Qars dəmir yolu ilə tranzitlə daşınan mallar üçün gömrük prosedurlarını asanlaşdırmaq üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsinə yönəlib.

Paylaş:
352

Son xəbərlər

Bütün xəbərlər