İlham Əliyev: “Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır” | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: “Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır”

Qafar Ağayev12:26 - 24 / 08 / 2022
İlham Əliyev: “Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır”

Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır.

1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək və Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır.

Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir daha xoş gəlmisiniz".

Paylaş:
585

Son xəbərlər

Bütün xəbərlər