“Atəşkəsin Ermənistan tərəfindən pozulması davam edir” - İlham Əliyev | 1news.az | Xəbərlər
Siyasət

“Atəşkəsin Ermənistan tərəfindən pozulması davam edir” - İlham Əliyev

Qafar Ağayev14:18 - 14 / 09 / 2022
“Atəşkəsin Ermənistan tərəfindən pozulması davam edir” - İlham Əliyev

Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulması davam edir.

1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

Görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirib.

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər