Rəsmi Bakı: “Ermənistan atəşkəs haqqında razılaşmaya baxmayaraq hərbi təxribarları davam etdirir” | 1news.az | Xəbərlər
Siyasət

Rəsmi Bakı: “Ermənistan atəşkəs haqqında razılaşmaya baxmayaraq hərbi təxribarları davam etdirir”

Qafar Ağayev16:11 - 14 / 09 / 2022
Rəsmi Bakı: “Ermənistan atəşkəs haqqında razılaşmaya baxmayaraq hərbi təxribarları davam etdirir”

Sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı başlatdığı hərbi təxribat beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında razılaşmaya baxmayaraq davam etdirilir.

Bu barədə 1news.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, Azərbaycan Ordusu tərəfindən legitim hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirilir.

Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqa və humanizmə sadiq qalaraq, ölkəmizin ərazi bütövlüyünə qarşı təxribat törətmiş Ermənistan hərbçilərinin cəsədlərini birtərəfli qaydada Ermənistan tərəfinə təhvil verməyə hazır olduğunu bəyan edib və bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi məlumatlandırılıb.

Belə bir vəziyyətdə Ermənistanın təxribatçı əməllərindən əl çəkməməsi və Azərbaycan mövqelərini artilleriya vasitələrindən atəşə tutması bu ölkənin bölgədəki vəziyyətin gərginləşdirilməsində maraqlı olduğunu göstərir.

Ermənistanı dağıdıcı fəaliyyətindən çəkinməyə, humanitar atəşkəsə riayət etməyə çağırırıq. Bölgədə sülh yalnız beynəlxalq hüquqa ciddi riayət olunması əsasında təmin oluna bilər.

Paylaş:
270

Son xəbərlər

Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48
Bütün xəbərlər