Azərbaycan 100-ə qədər erməni hərbçinin cəsədini birtərəfli qaydada təhvil verməyə hazırdır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan 100-ə qədər erməni hərbçinin cəsədini birtərəfli qaydada təhvil verməyə hazırdır

Qafar Ağayev16:27 - 14 / 09 / 2022
Azərbaycan 100-ə qədər erməni hərbçinin cəsədini birtərəfli qaydada təhvil verməyə hazırdır

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

Bu barədə 1news.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılmışdır.

Paylaş:
430

Son xəbərlər

Bütün xəbərlər