SOCAR AQŞ daha bir xarici layihəni uğurla başa çatdırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

SOCAR AQŞ daha bir xarici layihəni uğurla başa çatdırıb

Qafar Ağayev13:17 - 19 / 09 / 2022
SOCAR AQŞ daha bir xarici layihəni uğurla başa çatdırıb

SOCAR AQŞ Qazaxıstanın kəşfiyyat və hasilat şirkəti olan Eureka Oleum üçün kompleks qazma layihəsini təhlükəsiz və səmərəli şəkildə başa çatdırıb.

Layihə çərçivəsində SOCAR AQŞ Eureka Oleum şirkətinə aid üç neft yatağında qazma nəzarəti xidmətləri göstərmişdir. Xidmətlərə dərinliyi 3176, 3222 və 3600 metr olan istiqamətli neft quyularının qazılmasına nəzarət daxil idi. SOCAR AQŞ sifarişçiyə əməliyyatlara müntəzəm nəzarətdə, həmçinin SƏTƏM, quyuya nəzarət, mürrəkkəb geofiziki ölçü avadanlıqlarından istifadə etməklə məlumatların toplanması, kern nümunəsinin götürülməsi, yan lülələrin qazılması və digər quyudibi mürəkkəbləşmələr zamanı dəstək göstərmişdir.

“SOCAR AQŞ qazma və quyulara texniki xidmət göstərilməsi sahəsində böyük təcrübəyə, eləcə də quruda və dənizdə mürəkkəb yataqlarda qazma əməliyyatları üçün bilik və texniki imkanlara malikdir. Hazırkı beynəlxalq inkişaf hədəflərimizin bir hissəsi olaraq, Eureka Oleum ilə olan bu layihə bizim təcrübəmizi bölüşmək üçün daha bir fürsət oldu.

Layihə zamanı insanların təhlükəsizliyi bizim əsas prioritetimiz idi və biz çox şadıq ki, işlər təhlükəsizlik tələblərinə tam uyğun aparılıb,” SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev bildirib.

Qeyd edək ki, SOCAR AQŞ Qazaxıstan Respublikasında ilk qazma layihəsinin idarə edilməsini öz üzərinə 2020-ci ildə götürmüş və uğurla başa çatdırmışdır. Müqavilə Eureka Oleum yataqlarından birində 3100 metr dərinlikdə istiqamətləndirilmiş neft quyusunun qazılmasına nəzarəti daxil edirdi. 2021-ci ildə SOCAR AQŞ dərinliyi 3309 və 3241 metr olan daha iki neft quyusunun idarə edilməsini davam etdirib.

Reklam hüququnda

Paylaş:
351

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər