“Bu VPN-lərdən istifadə etsəniz məlumatlarınız oğurlanacaq” - Ekspert | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bu VPN-lərdən istifadə etsəniz məlumatlarınız oğurlanacaq” - Ekspert

12:24 - 19 / 09 / 2022
“Bu VPN-lərdən istifadə etsəniz məlumatlarınız oğurlanacaq” - Ekspert

Ölkəmizdə son zamanlar “TikTok” sosial şəbəkəsinin bağlanması səbəbilə VPN-lərə tələbat artıb.

Məsələ ilə bağlı 1news-a danışan texnoblogger Fərid Pərdəşünas pulsuz VPN-lər vətəndaşların şəxsi məlumatlarının oğurlanmasına zəmin yaratdığını deyib:

““TikTok” sosial şəbəkəsinin bağlanması səbəbilə əhalinin bir qismi VPN-lər yükləyir, hətta o qədər çox VPN yüklənib ki, bu statistikada trendlərə belə düşüb. İlk olaraq onu qeyd edim ki, VPN yükləmək məsləhət deyil. “TikTok”un müvəqqəti olaraq bloklanması informasiya təhlükəsizliyini təmin etmək üçün atılan addımdır. Əgər vətəndaşlardan kiməsə vacib olaraq VPN yükləmək lazımdırsa, onda yaxşı araşdırmalı və pullu versiyalardan yararlanmalıdırlar. Çünki pulsuz VPN-lərdən istifadə etdikdə xakkerlər vətəndaşın şəxsi məlumatlarını, sosial şəbəkə parollarını, bank kartlarını rahatlıqla öyrənə bilərlər. Onu da qeyd edim ki, Azərbaycanda digər sosial şəbəkələr və internet resurları normal şəkildə çalışır. “Tik Tok”un bloklanması yalan məlumatların və həssas görüntülərin yayılmaması üçün atılan addımdır”.

Fərid Pərdəşünas

Həmçinin Pərdəşünas ölkəmizdə istifadə edilən tətbiqlər siyahısında Ermənistana aid VPN-lərin də olduğunu qeyd edib:

“Vətəndaş vacib olaraq VPN yükləyirsə, mütləq həmin tətbiqin hansı ölkəyə aid olduğunu və hansı ölkənin serverinə qoşulduğunu araşdırmalıdırlar. Yüklənən VPN-lər siyahısından ermənilərin də sahib olduğu tətbiqlər var. İnsanlar bunu bilmədən, araşdırmadan o VPN-ləri yükləyirlər və məlumatlarının başqalarının əlinə keçməsinə şərait yaradırlar”.

Aynurə Xudaverdiyeva

Paylaş:
621

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər