Deputat: “Regionda sülh istəyən dövlətlər Ermənistana açıq-aşkar təzyiq göstərməlidir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Regionda sülh istəyən dövlətlər Ermənistana açıq-aşkar təzyiq göstərməlidir”

Qafar Ağayev15:24 - 22 / 09 / 2022
Deputat: “Regionda sülh istəyən dövlətlər Ermənistana açıq-aşkar təzyiq göstərməlidir”

“Ölkə başçısı bundan öncəki səfərlərində, Kəlbəcərdə, o cümlədən ötən gün baş tutan Laçın səfərində bir daha qeyd etdi ki, Ermənistan sülh istəmir”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

“Bizim istəyimiz regionda sabitliyin təmin olunması, məsələlərin sülh yolu ilə həllidir. Amma təəssüf ki, Ermənistan təxribatları dayandırmır. Post-müharibə dövründə Ermənistan ikitərəfli razılaşmalara getsə də, üzərinə götürdüyü öhdəliklərə əməl etməyib. Sonuncu dəfə 12-14 sentyabrda yenidən genişmiqyaslı təxribat törətdilər. Azərbaycan Ordusu həmişəki kimi ayıq-sayıq oldu və düşmənin tutarlı cavabını verdi. Ermənistan indiyə qədər imzaladığı sənədləri heçə sayır, eyni zamanda vasitəçilik edən Avropa İttifaqının, Rusiyanın rəhbərlərinə hörmətsizlik göstərir. Ermənistan əməlləri ilə sübut edir ki, indiyə qədər aparılan danışıqlar əbəsdir”.

Deputatın sözlərinə görə, revanşist addımlardan əl çəkməyən rəsmi İrəvan daxilində təbliğatı davam etdirir.

“Üstəlik azyaşlı erməni uşaqlarını Azərbaycana nifrətlə böyüdürlər. Ermənilər havadarlarının fikirləri ilə oturub durur, müstəqil siyasət yeritmirlər. Buna baxmayaraq, regionda sülhün əldə olunmasını, kommunikasiyaların açılmasını arzulayan dövlətlər də var. Hesab edirəm ki, həmin dövlətlər Ermənistana açıq-aşkar təzyiq göstərməlidir. Ermənistan sülh sazişinə imza atmalı, Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir. Başqa çıxış yolu yoxdur. Müharibə istəyirlərsə, böyük məğlubiyyətə düçar olacaqlar. Çünki onların hərbi və iqtisadi gücünü Azərbaycanla müqayisə etmək mümkün deyil. Böyük dövlətlər sonda öz sözünü deyəcək, Ermənistanı sülhə məcbur edəcəyik. Əgər məsələ həllini tapmazsa, sərhədlərimiz müəyyən edilmədiyinə və başqa çarəmiz olmadığına görə, yenə "Dəmir yumruq" öz sözünü deyəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb. Daha sonra dövlət başçısı Laçın şəhərinin mərkəzi küçəsində ermənilərin törətdikləri dağıntılara baxıb, şəhərin ərazisini seyr edib.

Paylaş:
436

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər