Yaxın günlər ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu tədricən yüksələcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaxın günlər ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu tədricən yüksələcək

Qafar Ağayev17:16 - 26 / 09 / 2022
Yaxın günlər ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu tədricən yüksələcək

Bu il sentyabr ayının üçüncü ongünlüyündə ən yüksək temperatur ayın 23-də Bakıda və Abşeron yarımadasında 37 dərəcəyədək isti qeydə alınıb ki, bu da iqlim normasından 6 dərəcə yüksəkdir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova 1news.az-a bildirib ki, çoxillik meteoroloji məlumatlara əsasən indiyədək sentyabr ayının sonunda belə yüksək temperatur qeydə alınmayıb.

G.Məmmədovanın sözlərinə görə, bununla da 2012-ci ilin sutkalıq rekord göstəricisi (29,6 dərəcə) yenilənib.

Xidmət rəsmisi qeyd edib ki, yaxın günlər ərzində ölkə ərazisində havanın mülayim, əsasən yağmursuz keçəcəyi, sentyabrın 27, 28, 29 və 30-da əsasən gecə və səhər saatlarında duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək.

“Bakıda və Abşeron yarımadasında sentyabrın 27, 28, 29 və 30-da havanın temperaturunun tədricən yüksələcəyi, 24-27, dağlıq rayonlarda 17-22, aran rayonlarında isə 30-34 dərəcəyədək isti olacağı gözlənilir”.

Paylaş:
332

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər