Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb | 1news.az | Xəbərlər
İdman

Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

13:38 - 15 / 10 / 2022
Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Türkiyənin I Liqasında mübarizə aparan "Denizlispor" komandasının üzvlərini daşıyan mikroavtobus aşıb.

1news.az-ın "NTV Spor"a istinadən məlumatına görə, hadisə klubun səfərdə "Boluspor"a 0:3 hesabı ilə uduzduğu oyundan qayıdarkən baş verib.

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal xəstəxanaya çatdırılan komanda üzvlərinin həyati təhlükəsinin olmadığı bildirilib.

Qeyd edək ki, "Denizlispor" 9 oyundan sonra 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

1news.az

Paylaş:
708

Son xəbərlər

Tərtərdə yol qəzası olub

23 / 08 / 2025, 17:14
Bütün xəbərlər