Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb | 1news.az | Xəbərlər
İdman

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

18:19 - 22 / 10 / 2022
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.

1news.az -ın məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Abılayxan Jubanazarı (Qazaxıstan) məğlub edib.

Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq. Daha əvvəl 60 kq çəki dərəcəsindəki Balabəy Ağayev bürünc medala sahib çıxıb.

1news.az

Paylaş:
638

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər