İlham Əliyev: “Bugünkü səfər Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərinə yeni təkan verəcək” | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: “Bugünkü səfər Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərinə yeni təkan verəcək”

Qafar Ağayev14:43 - 24 / 10 / 2022
İlham Əliyev: “Bugünkü səfər Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərinə yeni təkan verəcək”

Mən burada özümü evdəki kimi hiss edirəm. Yenidən Gürcüstanda olmağıma çox şadam. Baş nazir İrakli Qaribaşvili ilə görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz tez-tez görüşürük.

1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında söyləyib.

“Əminəm ki, bugünkü səfər Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamışlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər