Doqquz ayda Azərbaycana 55 mindən çox avtomobil idxal olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Doqquz ayda Azərbaycana 55 mindən çox avtomobil idxal olunub

Qafar Ağayev10:24 - 24 / 10 / 2022
Doqquz ayda Azərbaycana 55 mindən çox avtomobil idxal olunub

Yanvar-sentyabr aylarında Azərbaycana 743 milyon 966 min ABŞ dolları dəyərində 55 min 199 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 337-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsidir. Həmçinin minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin 51 min 55-i əsasən adamların daşınması üçün nəzərdə tutulub. 3585-i yük daşımaq üçün, 222-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər