“İndi münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır” - İlham Əliyev | 1news.az | Xəbərlər
Siyasət

“İndi münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır” - İlham Əliyev

Qafar Ağayev23:04 - 31 / 10 / 2022
“İndi münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır” - İlham Əliyev

İki il əvvəl üçtərəfli Bəyanat imzalandı və çoxillik münaqişəyə son qoyuldu. İndi isə münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır.

1news.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşdə deyib.

Azərbaycanın münasibətlərin normallaşdırılması üçün bu yaxınlarda beş əsas prinsip irəli sürdüyünü xatırladan dövlətimizin başçısı bildirib: “Azərbaycan-Ermənistan münasibətləri bu prinsiplər əsasında normallaşdırılmalıdır. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir. Düşünürəm ki, münasibətlərin normallaşdırılmasına bu əsasda nail olmaq olar”.

Paylaş:
333

Son xəbərlər

Bütün xəbərlər