Gələn il pensiyalara bu qədər vəsait ayrılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gələn il pensiyalara bu qədər vəsait ayrılacaq

Qafar Ağayev13:26 - 01 / 11 / 2022
Gələn il pensiyalara bu qədər vəsait ayrılacaq

Növbəti ildə əhaliyə ödənişlər 6 077, 58 milyon manat həcmində və ya Dövlət Sosial Müdafiə Fondunun ( DSMF) ümumi xərclərinin 97,02 %-i səviyyəsində proqnozlaşdırılıb.

1news.az-ın xəbərinə görə, bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə rəyində əksini tapıb.

Sənədə əsasən, növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 5 907, 18 milyon manatı əmək pensiyalarının və 170,4 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərdən ibarətdir.

Əhaliyə ödənişlərin 2023-cü il üçün nəzərdə tutulmuş proqnozu 2022-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən 646,38 milyon manat və 11,90 % çoxdur. Müqayisə üçün qeyd edilməlidir ki, 2023-cü il üzrə əmək pensiyalarının ödənilməsi xərcləri əhaliyə ödənişlərin 97,2 %-ni təşkil edir. 2023-cü ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnoz göstəricisi 2022-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən 12,36 % və ya 650,18 milyon manat çox nəzərdə tutulub.

2023-cü il üzrə proqnozların tərtibi zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının İqtisadiyyat Nazirliyi tərəfindən rəsmi təqdim olunmuş gözlənilən artım tempinə (14,5 %) uyğun indeksləşdirilməsi nəzərə alınır.

Hesablama Palatası cari illə müqayisədə növbəti ildə pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcinin əsaslı artımla proqnozlaşdırılmasının növbəti ildə həm indeksləşdirmənin pensiyaların daha geniş hissəsini əhatə etməsi, indeksləşdirmə zamanı yüksək faiz dərəcəsinin tətbiq edilməsi, eləcə də xidmət haqqı üzrə faiz dərəcəsinin artımı ilə əlaqədar olması qənaətindədir.

Rəydə qeyd edilib ki, növbəti ildə pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcinin 25,5 mln. manat olacağı proqnozlaşdırılır ki, bu da cari ilin dürüstləşdirilmiş proqnoz göstəricisindən 5,5 mln. manat və ya 27,5% çoxdur.

Qeyd edilməlidir ki, pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərci pul dövriyyəsinə əsasən formalaşır. Cari illə müqayisədə növbəti ildə istiqamət üzrə xərclərin artımla proqnozlaşdırılması həm pensiyaların sığorta hissəsinin, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun Layihəsinə əsasən növbəti ildən başlayaraq qulluq stajına görə əlavələrin indeksləşdirilməsi nəticəsində pensiya məbləğlərində baş verəcək artımlar ilə əlaqədardır. Digər tərəfdən pensiya məbləğlərinin indeksləşdirilməsinin nominal orta aylıq əmək haqqına münasibətdə aparılması və cari il üzrə orta aylıq əmək haqqının artım tempinin 14,5% proqnozlaşdırılması növbəti ildə nəzərdə tutulan xərcin cari ilin müvafiq göstəricisindən əsaslı şəkildə çox olmasını şərtləndirir

Hazırda əmək pensiyalarının əhaliyə çatdırılması “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC, müəyyən hallarda isə “Azərpoçt” MMC tərəfindən (Naxçıvan MR-də digər bankaların xidmətindən də istifadə edilir) həyata keçirilir. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin aidiyyəti üzrə çatdırılması isə sığortaedən tərəfindən təqdim edilmiş bank rekvizitləri əsasında müxtəlif ödəniş müəssisələri tərəfindən aparılır.

Ümumilikdə cəmi xərclərin cari il üzrə proqnoz göstəricisindən 11,7%, əhaliyə ödəniş xərclərinin isə 11,9% artımla proqnozlaşdırılması fonunda pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərci 27,5% çox nəzərdə tutulmuşdur. İndeksləşmə ilə bağlı nəzərdə tutulmuş addımlar pul dövriyyəsinin artımına şərait yaratmış, İzahatda bununla bağlı hər hansı bir məlumat əks etdirilməsə də, vurğulanmalıdır ki, ki, göstərilən amil və cari ildən bank xidmət haqqının artırılması qeyd olunan xərcin də nəzərəçarpacaq artımına gətirib çıxarıb.

Paylaş:
545

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər