Daha bir cüdo hakimimiz A kateqoriyasına yüksəlib | 1news.az | Xəbərlər
İdman

Daha bir cüdo hakimimiz A kateqoriyasına yüksəlib

15:39 - 01 / 11 / 2022
Daha bir cüdo hakimimiz A kateqoriyasına yüksəlib

Cüdo uzrə hakimlər komitəsinin üzvü Arzu Acalova A kateqoriyasına yüksəlib.

Azərbaycan Cüdo Federasiyasından 1news.az-a bildiriblər ki, referi Arzu Acalova buna Avstraliyanın Pert şəhərində Beynəlxalq Cüdo Federasiyasının imtahanında nail olub. A.Acalova oktyabrın 27-dən 29-dək böyüklər arasında keçirilən Açıq Okeaniya turnirinin görüşlərini idarə edib. Beləliklə, həmyerlimiz həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə başa vurub.

Qeyd edək ki, cari ildə ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər heyətinin üzvü Nazim Umbayev A kateqoriyasına yüksəliblər, Bəhriyyə Hüseynova və Elşad Əsədov isə B kateqoriyalı hakim statusu qazanıblar.

1news.az

Paylaş:
815

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər