Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq
Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqədən əvvəl Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Federasiyadan 1news.az-a verilən məlumata görə, 90 kq çəki dərəcəsindəki Vüqar Talıbov və 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri zədə səbəbindən heyətdən çıxarılıb.
Bu, yığmanın baş həkiminin təqdimatı, performans direktoru və məşqçilər heyətinin qərarı ilə baş tutub. Hər iki idmançının müalicələri davam etdirilir.
Onları Nihad Şıxəlizadə (90 kq) və İbrahimxəlil Ömərov (+100 kq) əvəzləyiblər.
Qeyd edək ki, Böyük Dəbilqə 4 - 6 noyabrda olacaq.
1news.az
873