Sevinc Fətəliyeva: “Soçi bəyanatı Azərbaycanın maraqlarına cavab verir” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Soçi bəyanatı Azərbaycanın maraqlarına cavab verir”

Qafar Ağayev12:51 - 02 / 11 / 2022
Sevinc Fətəliyeva: “Soçi bəyanatı Azərbaycanın maraqlarına cavab verir”

“Azərbaycan Cənubi Qafqazda sülhün və əməkdaşlığın təmin olunması üçün irəli sürülən bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

“Bu baxımdan, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüş də əhəmiyyətlidir. Bu görüşdə Azərbaycan Prezidenti İlham Əliyev dövlət və milli maraqlarımızı qətiyyətlə müdafiə etdi”.

Deputat bildirib ki, Prezident İlham Əliyev Vladimir Putinlə təkbətək görüşündə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtının yetişdiyini diqqətə çatdırıb.

Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasını özündə ehtiva edən beş əsas prinsipi irəli sürüb. Bu prinsiplər beynəlxalq hüquq normalarına əsaslanır. Görüşdə dövlətimizin başçısı bir daha Qarabağ münaqişəsinın artıq tarixdə qaldığını vurğulayıb:

“O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır”. Bununla da, dövlətimizin başçısı Ermənistanın və onların havadarlarının Qarabağ ətrafında spekulyasiyalarına son qoydu. Cənab Prezident dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın daxili məsələsidir və orada yaşayan ermənilər ölkəmizin vətəndaşlarıdırlar. Ermənistanın Soçi görüşü ərəfəsində Qarabağı gündəmə gətirmək cəhdləri də iflasa uğradı. Soçidə keçirilən üçtərəfli görüşün yekunu olaraq qəbul olunmuş bəyanatda Qarabağın adının çəkilməməsi də bunu təsdiqləyir”.

Millət vəkilinin sözlərinə görə, Soçi bəyanatı Azərbaycanın maraqlarına cavab verir.

“Praqa bəyanatında olduğu kimi bu bəyanatda da BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyü və suverenliyi amilinə istinad edilir. Bundan əlavə, bəyanatda vurğulanır ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğuni təsdiqləyib, qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşıblar. Xüsusilə, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyi vurğulanıb”.

Sevinc Fətəliyeva qeyd edib ki, bu görüş regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində növbəti addımdır:

“Prezident İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Həmçinin, Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra hər bir çıxışında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır”.

Paylaş:
358

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olubBu gün, 15:40Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 1Bu gün, 15:39Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat veribBu gün, 15:27İmişlidə yanğın olub - VİDEOBu gün, 15:15Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcəkBu gün, 14:54Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunubBu gün, 14:47Qeyri-yaşayış obyektinin qarşısında ağaclar kəsilibBu gün, 14:32İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 1Bu gün, 14:17İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİBBu gün, 14:16Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİBBu gün, 13:56Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib - VİDEOBu gün, 13:51Geomaqnit qasırğası gözlənilir - Meteohəssas insanların NƏZƏRİNƏBu gün, 13:36Xocalı Rayon Məhkəməsinə sədr təyin edilibBu gün, 13:33Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAMBu gün, 13:28Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq edibBu gün, 13:13Sabah yağış yağacaq - ProqnozBu gün, 13:10Bu il övladlığa verilən və ailəsinə qaytarılan uşaqların sayı açıqlanıbBu gün, 12:53MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:47Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandıBu gün, 12:39Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olunubBu gün, 12:38
Bütün xəbərlər