Pikedən komandasına 50 milyonluq hədiyyə
Ötən gün İspaniya "Barselona"sından ayrılacağını və karyerasını bitirəcəyini açıqlayan Jerar Pike komandasına jest edib.
1news.az "Cuatro" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi ona çatmalı olan 50 milyon avronu kluba bağışlayıb.
Futbolçunun bu addımının Çempionlar Liqasında mübarizəni dayandıran komandaya maddi itkiləri azaltmağa imkan verəcək.
Qeyd edək ki, Jerar Pike noyabrın 5-də "Barselona"da vida oyununa çıxacaq. "Almeriya" klubuna qarşı La Liqanın XIII tur matçı onun yetirməsi olduğu komandada son görüşü olacaq.
815