Selçuk Bayraktar Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik etdi | 1news.az | Xəbərlər
Dünya

Selçuk Bayraktar Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik etdi

13:48 - 08 / 11 / 2022
Selçuk Bayraktar Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik etdi

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

1news.az xəbər verir ki, Selçuk Bayraktar bu barədə "Twitter"də paylaşım edib.

“Dursa qarşımda bütün cahan, vermərəm öz torpağımdan!

Əziz Azərbaycanımızın işğal altında olan torpaqlarının öz Vətəninə qayıtmasının ikinci ildönümü mübarək. Müqəddəs şəhidlərimizin ruhu şad olsun”, - paylaşımda qeyd olunub.

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər