Azərbaycan bu il 27 mln. tondan çox neft hasil edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan bu il 27 mln. tondan çox neft hasil edib

12:56 - 11 / 11 / 2022
Azərbaycan bu il 27 mln. tondan çox neft hasil edib

Bu ilin on ayında operativ məlumatlara görə, Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında 27,2 mln. ton neft hasil edilib, bunun da 21,9 mln. tonu ixraca nəql edilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov tvitter hesabında paylaşım edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% artımla hasil edilmiş 38,4 mlrd. kubmetr qazın 18,2 mlrd. kubmetri ixrac olunub.

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər