Məhsul çox, alıcı az - 1news.az-ın 8-ci kilometr bazarından REPORTAJI - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhsul çox, alıcı az - 1news.az-ın 8-ci kilometr bazarından REPORTAJI - FOTO - VİDEO

11:35 - 25 / 11 / 2022
Məhsul çox, alıcı az - 1news.az-ın 8-ci kilometr bazarından REPORTAJI - FOTO - VİDEO

Bazarlarda istər ərzaq məhsullarının, istərsə də meyvə və tərəvəzlərin qiymətində bahalaşma müşahidə olunur. Necə deyərlər məhsul bol, qiymətlər isə bahadır.

1news.az paytaxtda 8-ci kilometr ərazisində yerləşən bazardan reportaj hazırlayıb.

Bazarlardan alış-veriş edən vətəndaşların bir qismi qiymətlərin baha, digər qismi isə qiymətlərin normal olduğunu bildirir. Bəzi alıcıların, fikrincə isə, məhsulların qiymətlərində artım müşahidə olunur. Sahibkarların sözlərinə görə, əvvəllər alıcı kütləsi daha çox idi. İndi isə nisbətən rəqəmlərdə azalmalar müşahidə olunur.

Bəzi məhsulların qiymətlərini təqdim edirik:

Xiyar - 3 manatdan;

Pomidor - 1.5 manatdan;

Kartof - 0.80 manatdan;

Soğan – 0.5 manatdan;

Kələm – 0.5 manat;

Qızıləhmədi alması - 2.5-3.5 manat;

Armud - 2-3 manat;

Portağal – 2 manat;

Nar - 0.5 manatdan;

Xurma – 0.5 manat;

Heyva - 2.50 manat;

Üzüm - 1- 2.50 manatdan başlayır.

Sözügedən reportajı təqdim edirik:

Müxbir: Aynurə Xudaverdiyeva
Fotoqraf: Nadir İbrahimli

Paylaş:
1066

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər