Azərbaycanın Baş Qərargah rəisi Oklahoma ştatında bir sıra görüşlər keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi Oklahoma ştatında bir sıra görüşlər keçirib - FOTO

Qafar Ağayev10:50 - 01 / 12 / 2022
Azərbaycanın Baş Qərargah rəisi Oklahoma ştatında bir sıra görüşlər keçirib - FOTO

Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Oklahoma Ştatının Qubernatoru Kevin Stitt və Milli Qvardiyasının rəisi briqada generalı Tomas Mançino ilə görüşüb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən xəbərə görə, general-polkovnik Kərim Vəliyev K.Stittin 2021-ci ildə ölkəmizdə olarkən işğaldan azad edilmiş bölgələrə səfər etməsini əlaqələrimizin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirib.

Azərbaycan Ordusunun hərbi qulluqçularının beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakından danışan general-polkovnik Kərim Vəliyev, Azərbaycanın üzərinə götürdüyü vəzifə və öhdəlikləri layiqincə yerinə yetirərək Əfqanıstandan sülhməramlılarını çıxaran son tərəfdaş ölkələrdən biri olduğunu qeyd edib.

Tərəflər “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında keçirilən birgə tədbirlərə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Sonra nümayəndə heyətimiz Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

Paylaş:
381

Son xəbərlər

İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00
Bütün xəbərlər