Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb - FOTO

10:49 - 03 / 12 / 2022
Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb - FOTO

Latviya Prezidenti Eqils Levits Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb

Bu barədə 1news.az-a Mərkəzdən məlumat verilib.

Belə ki, Prezident Eqils Levits Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - xanım Vayra Vike-Freyberqa, Valdis Zatlers, Serbiyanın sabiq Prezidenti Boris Tadiçi, Bolqarıstanın sabiq Prezidentləri Rozen Plevneliyev və Petar Stoyanovu, Bosniya və Herzeqovinanın sabiq Prezidenti Mladen İvaniç və sabiq Baş naziri Zlatko Laqumdziyanı, BMT-nın Baş Assambleyasının 73-cü Prezidenti Mariya Fernanda Espinozanı, Çexiya Respublikasının sabiq Baş naziri Yan Fişer, Moldovanın sabiq Baş naziri Kiril Qaburiçini, Albaniyanın sabiq Prezidenti Rexhep Meydanini, Rumıniyanın sabiq Baş nazir müavini Ana Birçalı, Xorvataiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi və Mərkəzin baş katibi Rövşən Muradovu qəbul edib.

Qeyd olunub ki, görüşdə Prezident Eqils Levitsə Mərkəzin son dövrlərdə reallaşdırdığı layihələr, qarşıda gələn X Qlobal Bakı Forumuna hazırlıq prosesi, Ukraynaya və bu ölkə qaçqınlarına humanitar yardım üzrə ali səviyyəli missiya, Avropa təhlükəsizliyi, Enerji təhlükəsizliyi haqqında fikir mübadiləsi aparılıb.

Latviya Prezidentinə Mərkəzin X illiyinə həsr olunmuş xatirə hədiyyəsi təqdim olunub.

Toplantının davamı olaraq Latviyanın sabiq Prezidentləri Quntis Ulmanis (1993-1999), Andris Berlins (2011-2015), Raimonds Veyonis (2015-2019), Estoniyanın sabiq Prezidenti Toomas Hendrik lİves (2006-2016), Latviyanın sabiq Baş naziri Laimdota Straujuma (2014-2016) iştirakı ilə Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqanın 85 illiyinə və Mərkəzin təsis olunmasının X illiyinə həsr olunmuş ziyafət təşkil olunub. Ziyafət zamanı Azərbaycan Respublikasının Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov tərəfindən Azərbaycan Respublikası Prezidentinin Latviya Respublikasının sabiq Prezidenti və Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqaya təbrik məktubu və Fəxri Diploma təqdim edilib. O cümlədən ÜST Baş Direktoru Dr. Tedros Qhebreyesusun və BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Miqel Anqel Moratinosun təbrik məktubları təqdim olunub.

Paylaş:
578

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər