Ronaldo “Əl-Nəsr”lə anlaşdı | 1news.az | Xəbərlər
İdman

Ronaldo “Əl-Nəsr”lə anlaşdı

17:04 - 05 / 12 / 2022
Ronaldo “Əl-Nəsr”lə anlaşdı

Portuqaliyalı futbolçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə anlaşıb.

1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilib ki, “Əl-Nəsr” 37 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalayacaq.

Müqavilənin 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi deyilir.

Ronaldonun yeni klubunda illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı bildirilir.

Paylaş:
1582

Son xəbərlər

Bütün xəbərlər