Azərbaycanda şirkət rəhbərinin 6 milyonluq əmlakına həbs qoyulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda şirkət rəhbərinin 6 milyonluq əmlakına həbs qoyulub

Qafar Ağayev12:29 - 05 / 12 / 2022
Azərbaycanda şirkət rəhbərinin 6 milyonluq əmlakına həbs qoyulub

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunaraq baxılması üçün məhkəməyə göndərilmiş «Kat Holdinq» MMC-in təsisçisi və faktiki rəhbəri Ələkbərov Elçin Bəşir oğlunun Cinayət Məcəlləsinin 178.4, 179.4, 32.4, 312.1, 313 və 308.2-ci maddələri və həmin Cəmiyyətin direktoru İbadov Mail Məcid oğlunun CM-nin 179.4 və 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Elçin Ələkbərova Litva Respublikası vətəndaşı Povilas Pociusa məxsus 3.520.763 manat (2.070.745 ABŞ dolları) məbləğində pul vəsaitlərinin ələ keçirilərək dələduzluq edilməsinə, habelə təqsirləndirilən şəxslər tərəfindən «Kat Holdinq» MMC-yə məxsus olmaqla onlara etibar edilmiş ümumilikdə 34 şəxs tərəfindən mənzil satışına görə ödənilmiş cəmi 1.900.128,68 manat məbləğində pul vəsaitinin 1.569.404,68 manatının mənimsənilməsinə və digər cinayət əməllərinə görə ittihamlar irəli sürülüb.

Cinayət işi üzrə dəymiş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə təqribən 5,9 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulmuş və hazırda dəymiş ziyanın ödətdirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Tərəfimizdən bildirilir ki, qeyd olunan cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəzifəli şəxslərinin həmin cinayət əməllərinin törədilməsində iştirakı, eləcə də Agentliyə məxsus pul vəsaiti və ya əmlakın ələ keçirilməsi halları müəyyən edilməyib.

Paylaş:
252

Son xəbərlər

Qarabağ Universitetində daha iki vakansiya elan edilibBu gün, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcəkBu gün, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunubBu gün, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıbBu gün, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTOBu gün, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilibBu gün, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublarBu gün, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıbBu gün, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıbBu gün, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıbBu gün, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 1Bu gün, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıbBu gün, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİBBu gün, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 14:46Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib - YENİLƏNİBBu gün, 14:41Yanvar-mart aylarında ölənlərin sayı açıqlanıbBu gün, 14:13ADY: İnklüziv nəqliyyat – Maneəsiz səyahət - FOTOBu gün, 14:11Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİBBu gün, 14:02Azərbaycanda nikahların sayı azalıbBu gün, 13:58Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİBu gün, 13:45
Bütün xəbərlər