“OBA” marketdən seyf oğurlayan şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“OBA” marketdən seyf oğurlayan şəxslər saxlanılıb

Qafar Ağayev10:12 - 06 / 12 / 2022
“OBA” marketdən seyf oğurlayan şəxslər saxlanılıb

Xaçmazda "OBA" marketdən seyf oğurlayan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Namik Şirinov və Əli Əliyev saxlanılıblar.

Araşdırmalar zamanı həmin şəxslər rayon ərazisində olan "Oba" marketdən içərisində 2 min manat pul olan seyfi, müxtəlif növ siqaretləri və spirtli içkiləri oğurladıqlarını səmimi etiraf ediblər.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.

Paylaş:
268

Son xəbərlər

Bütün xəbərlər