Aİ Qarabağda bərpa-quruculuq işlərinə yatırımların edilməsində maraqlıdır - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Aİ Qarabağda bərpa-quruculuq işlərinə yatırımların edilməsində maraqlıdır - FOTO

Qafar Ağayev13:21 - 07 / 12 / 2022
Aİ Qarabağda bərpa-quruculuq işlərinə yatırımların edilməsində maraqlıdır - FOTO

7 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunda Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktor Lourens Mereditin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında müxtəlif sahələr, xüsusilə iqtisadi, enerji, investisiya, nəqliyyat və s. sahələrdə mövcud əməkdaşlıq gündəliyi, həmçinin regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, Aİ ilə əsas əməkdaşlıq istiqamətlərindən biri olan enerji təhlükəsizliyi sahəsindən bəhs edərək bu istiqamətdə Azərbaycan və Aİ arasında 18 iyul 2022-ci il tarixində Anlaşma Memorandumunun imzalanmasının Aİ-yə qaz ixracının artırılması ilə yanaşı, alternativ enerji mənbələrinin inkişafı məqsədilə əməkdaşlıq baxımından vacibliyini vurğulayıb. Nəqliyyat dəhlizləri sahəsində səylərin artırılması istiqamətində fəaliyyətimizin nəticəsi kimi Azərbaycandan keçən yüklərin həcmində artımın müşahidə edilməsinin müsbət hal olduğu bildirilib. İnvestisiyaların təşviqinə əhəmiyyət verən ölkələrdən biri kimi Azərbaycanın xüsusilə “nou-hau” fəaliyyətində sərmaye qoyuluşunu təşviq etdiyi bildirilib. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə yatırımların edilməsi ilə bağlı Aİ-nin maraq göstərməsi məmnunluqla qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Ermənistanın görülən işlərə hədə törədən təxribatları, habelə mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bu xüsusda, Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməməsinin regionda sülh, təhlükəsizlik və inkişafa əsas təhdid olduğu diqqətə çatdırılıb.

Lourens Meredit 18 iyul 2022-ci il tarixində imzalanmış Anlaşma Memorandumunun Azərbaycan və Aİ arasında münasibətlərin inkişafında görülən işlərin nəticəsi kimi mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Orta Dəhlizin həyata keçirilməsində irəli sürdüyü təşəbbüs və göstərdiyi fəallığın Azərbaycanı nəqliyyat və tranzit sahəsində mühüm tərəfdaşlardan birinə çevirdiyi qeyd olunub. Lourens Meredit, həmçinin bölgələrdə iqtisadi inkişaf, orta və kiçik sahibkarlıq, alternativ enerji, nəqliyyat və rəqəmsal inkişaf sahələrinə sərmaye qoyuluşunun Aİ üçün prioritet olduğunu vurğulayıb. Bu xüsusda, Azərbaycanın sözügedən sahələrdə yenilik və innovasiyaları dəstəkləyən baxışının təqdirəlayiq olduğu bildirilib. Lourens Meredit ciddi hədə törədən mina təhlükəsinin aradan qaldırılması üçün əməkdaşlıq və həmrəyliyin vacibliyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
483

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər