Səməd Seyidov AŞPA-nın Büro iclasında iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov AŞPA-nın Büro iclasında iştirak edəcək

Qafar Ağayev17:20 - 07 / 12 / 2022
Səməd Seyidov AŞPA-nın Büro iclasında iştirak edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu təşkilatın Büro iclasında iştirak etmək üçün dekabrın 8-də Parisə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən xəbərə görə, iclasda Avropa məkanında 2023-cü ildə keçiriləcək seçkilərin müşahidəsi, gələn maliyyə ili üçün Parlament Assambleyasının xərcləri, 2023-cü ildə parlamentlərarası əməkdaşlıq üçün fəaliyyət planı və bir sıra təşkilati məsələlərə baxılacaqdır.

Dekabrın 13-dən 15-dək isə Parisdə AŞPA-nın Siyasi məsələlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclasları keçiriləcək.

İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü deputat Asim Mollazadə iştirak edəcəklər.

Siyasi məsələlər və demokratiya komitəsində insanların silahlı münaqişələrdən əziyyət çəkməsinin qarşısının alınmasında Avropa Şurasının rolu, təşkilatın iqtisadi əməkdaşlıq və inkişaf sahəsində fəaliyyəti, Şərqi Aralıq dənizində sülhün və sabitliyin qorunması, demokratiya naminə tərəfdaşlıq və digər məsələlər müzakirə olunacaq.

Monitorinq komitəsində isə Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsi, Türkiyə, Moldova, Bosniya və Herseqovina, Macarıstan, Serbiya, və Gürcüstan tərəfindən öhdəliklərin yerinə yetirilməsi, Bolqarıstan və Monteneqro ilə post monitorinq dialoqu, San Marino və Fransanın üzvlük öhdəlikləri və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda deputatlarımız müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, öz münasibətlərini bildirəcəklər.

Paylaş:
364

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər