Vüqar Rəhimzadə: “Zəfər paradı Azərbaycanın hərbi qüdrətinin və gələcək hədəflərinin təqdimatı oldu” | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: “Zəfər paradı Azərbaycanın hərbi qüdrətinin və gələcək hədəflərinin təqdimatı oldu”

Qafar Ağayev17:26 - 07 / 12 / 2022
Vüqar Rəhimzadə: “Zəfər paradı Azərbaycanın hərbi qüdrətinin və gələcək hədəflərinin təqdimatı oldu”

“İki il bundan öncə, 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı dünyaya səs saldı. Bu parad 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun gücünün, qüdrətinin, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərimizin, müharibə başlandığı gündən qardaş dəstəyini göstərən Türkiyə ilə ölkəmizin birliyinin, dostluğunun, qardaşlığının sarsılmazlığının təqdimatı oldu".

Bu fikirləri 1news.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

"Bu, eyni zamanda, tarixi ədalətin bərpasının təcəssümü idi. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin, həmçinin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi artıq geniş təhlilə ehtiyacın olmadığını təsdiqlədi. Çünki məhz bu imkanların sayəsində 44 gündə 30 ilin işğalına son qoyuldu. Silahlı Qüvvələr Günündə mütəmadi olaraq hərbi paradlar təşkil edilərək Azərbaycan Ordusunun imkanları nümayiş edilirdi. Amma bu paradın dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, xüsusi önəmi var idi. Möhtərəm Prezidentimiz Zəfər paradındakı çıxışında bildirdi ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir: “Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

Azərbaycan bu illər ərzində gücləndi, qüdrətləndi, diplomatik mübarizədə davamlı uğurlara imza atdı, müdafiə qabiliyyətini gücləndirdi. Ordumuz Qələbəyə hazırlandı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da yeni mərhələ başladı. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş ruhunun artırılması prioritet məsələ kimi öndə dayandı”.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlığa yönəlib: “Bu illər ərzində ordumuzun hərbi qüdrətinin daha da artırılması istiqamətində həyata keçirilən işlərin uğurlu nəticəsi 2016-cı ilin Aprel döyüşlərində, həmçinin 2018-ci ilin Günnüt əməliyyatında özünü göstərdi. Belə ki, 2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Silahlı Qüvvələrimiz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini işğalçılardan təmizləmişdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. Silahlı Qüvvələrimiz 2018-ci ildə də uğurlu əməliyyat keçirərək, Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisini, o cümlədən Şərur rayonunun Günnüt kəndini düşməndən təmizlədi. Düşünmək olardı ki, Ermənistan və ona havadarlıq edən dövlətlər bu əməliyyatlardan ciddi dərs alarlar. Amma 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin mütəmadi törətdikləri təxribatlar onların nəinki dərs almadıqlarını, hətta yeni ərazilər uğrunda müharibə planları hazırladıqlarını nümayiş etdirdi. 27 sentyabr 2020-ci il tarixdə işğalçı erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ərazilərinin müxtəlif istiqamətlərdən raket atəşinə tutulması İkinci Qarabağ müharibəsinin baş verməsini şərtləndirdi”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 44 gündə 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun gücünün göstəricisi olmaqla yanaşı, ermənilərin illərdir yaratdıqları mifləri tamamilə darmadağın etdi. “Məğlubedilməz erməni ordusu” mifini yaradan ermənilər və erməni diasporu 44 gündə bunun tamamilə əksini gördü. Bir daha dünyaya nümayiş olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır.

Zəfər paradının özəlliyindən, bugünümüz və gələcəyimiz üçün əhəmiyyətindən geniş bəhs edən Vüqar Rəhimzadə bildirib ki, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşa azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhərdə ucaldılan Zəfər bayrağı parada gətirildi. Qalibiyyət rəmzi olan bayrağımızın Azadlıq meydanında dalğalanması Qələbəmizin yaratdığı reallıqların dünyaya təqdimatı və qəbulu oldu.

“Zəfər paradı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti nümunəsi oldu” söyləyən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, paradda 3 min Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitlərinin də iştirakı hər birimizdə qürur hissi doğurdu: “Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın izləməsi əlamətdar hadisə kimi çoxəsrlik tariximizə qızıl hərflərlə yazıldı. Bu, həm də beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və Türkiyə əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi iki qardaş dövlətin tarixində əbədi qalacaq qürurverici hadisəyə çevrildi. Zəfər paradından sonra sənədlərin imzalanması və Prezidentlərin mətbuata birgə bəyanatları iki qardaş ölkə arasında münasibətlərin gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. Dövlət başçısı İlham Əliyevin mətbuata bəyanatında bildirdiyi kimi, bu gün tarixi gündür: “Ona görə ki, bu Zəfər paradında türk və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Bizim təkcə Bakı şəhəri yox, bütün şəhərlərimiz indi Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Əvvəllər də belə olub. Təbii ki, müharibə dövründə bu, daha da geniş vüsət almışdır. Bu, insanların ürəyindən gələn duyğulardır. Bu, əsrlərboyu qoruduğumuz sərvətdir. Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir, bir-birinə qardaş deyir. Eyni zamanda, biz bütün məsələlərdə bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl günlərdə, sevincli günlərdə, bugünkü kimi gündə də biz birlikdəyik və bu, təbiidir”.

Vüqar Rəhimzadə tarixi Zəfərimizin yaratdığı reallıqların dünyaya təqdimatında öz sözünü deyən Zəfər paradından ötən iki ildə həm işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərdən, həm də regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanması istiqamətində keçirilən görüşlərdən, onların nəticələrindən geniş bəhs edib: “Dövlət başçısı İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən ordunun gücləndirilməsinin prioritet olduğunu bildirməklə bərabər, bu çağırışı da etdi ki, Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruq” yerindədir. Cari ildə “Qisas”, “Qətiyyətli addım” əməliyyatları həm Ermənistan silahlı qüvvələrinin təxribatlardan əl çəkmədiyini, həm də Azərbaycan Ordusunun bu gün daha da güclü olduğunu təsdiqlədi. Təbii ki, hər dövrün öz tələbi vardır. İki ildə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərdən saatlarla, günlərlə danışa bilərik. Həyata keçirilən sistemli tədbirlər, həmçinin bu ərazilərdə təkmil idarəçilik sisteminin yaradılması hədəflərə zamanında nail olmağa əsas verir. Artıq ilk “ağıllı kənd” olan Ağalı kəndi sakinlərini qarşılayıb. İşğaldan azad edilmiş ərazilərdə ilk “ağıllı şəhər” isə Ağdam şəhəri olacaq. Ağdamın ev sahibliyi etdiyi Milli Şəhərsalma Forumu bütün işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin təqdimatı oldu. Böyük Qayıdış proqramı uğurla icra edilir. Digər tərəfdən sülh müqaviləsinin imzalanması regionda tamamilə fərqli bir mənzərənin yaranmasını təmin edəcək. Bir sözlə, Qarabağda və Şərqi Zəngəzurda yeni həyatın başlanması ilə ölkəmizin dayanıqlı inkişafına geniş yol açılacaq”.

Paylaş:
527

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər