Mətbuat Şurasından İranın Azərbaycandakı Səfirliyinə MÜRACİƏT | 1news.az | Xəbərlər
Siyasət

Mətbuat Şurasından İranın Azərbaycandakı Səfirliyinə MÜRACİƏT

Qafar Ağayev13:55 - 08 / 12 / 2022
Mətbuat Şurasından İranın Azərbaycandakı Səfirliyinə MÜRACİƏT

Mətbuat Şurası İranın Azərbaycandakı Səfirliyinə müraciət edib.

Şuradan 1news.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Bir neçə gün əvvəl Azərbaycan mediasında noyabrın 24-də 14 nəfər İran vətəndaşının qeyri-qanuni yolla Azərbaycan ərazisinə keçməsi və ermənilərin yaşadığı bölgəyə daxil olması barədə məlumat yayıldı.

"Bunun ardınca Azərbaycan mediası həmin şəxslərin İran vətəndaşı olmasını təsdiqləyən faktlar, sənədlər də təqdim etdi. Eyni zamanda, sözügedən şəxslərin Qarabağdakı terrorçu ermənilərə təlim keçmək üçün gəldikləri barədə mülahizələrə də mediada geniş yer verildi. Nəhayət, bütün bunlarla bağlı İranın Azərbaycandakı Səfirliyi tərəfindən lazımi açıqlama verilməsi tələbi ilə ortaya haqlı suallar qoyuldu. Səfirliyinin davamlı susqunluğu fonunda mediada noyabrın 30-da Azərbaycanın ermənilərin yaşadığı ərazisinə daha 13 İran vətəndaşının keçdiyinə dair faktlara əsaslanan məlumat yayıldı.

Bu hadisə və İrandan Ermənistana silah satışı, sonradan həmin silahların Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə keçirilərək oradakı qeyri-qanuni erməni dəstələrinə çatdırılması məsələsi bu gün də Azərbaycan mediasının əsas mövzularından biri, cəmiyyətimizi dərindən narahat edən məsələlərdir. Yaranmış durumda, istər-istəməz, belə bir qənaət formalaşır ki, İran təcavüzkar Ermənistanın Azərbaycana qarşı hərbi cəhətdən gücləndirməyə və ölkəmizin işğaldan azad olunmuş ərazilərində vəziyyəti gərginləşdirməyə çalışır.

Azərbaycan mediasının çoxsaylı müraciətlərinə baxmayaraq, İranın Azərbaycandakı Səfirliyinin indiyədək bu barədə hər hansı münasibət açıqlamadan susqunluq nümayiş etdirməsi dərin təəssüf və narahatlıq doğurur.

Ümid edirik ki, Azərbaycan mediası adından ünvanladığımız bu müraciət cavabsız qalmayacaq, İranın Azərbaycandakı Səfirliyi olaraq, qeyd edilən ciddi məsələlərə dair müvafiq rəsmi mövqe bildirəksiniz.

Əks təqdirdə, Azərbaycan mediası məlum hadisələrdə İranın neqativ rolunun olmasını həqiqət kimi qəbul etmək məcburiyyətində qalacaq və fəaliyyətini bütünlüklə bu reallığa əsaslanaraq quracaq".

Paylaş:
663

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər