Xorvatiya Şengen zonasına daxil oldu
Avropa İttifaqı (Aİ) ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasına razılıq verib.
1news.az xəbər verir ki, bu barədə Xorvatiyanın baş naziri Andrey Plenkoviç özünün "Twitter" hesabında məlumat yayıb.
O, bildirib ki, Xorvatiya 2023-cü il yanvarın 1-dən Şengen sazişinə qoşulacaq və bundan həm vətəndaşlar, həm də ölkə iqtisadiyyatı yararlanacaq.
Qeyd edək ki, şengen zonasına Aİ-nin 26 ölkəsi daxildir. Avropa Komissiyası noyabrın 16-da Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengen zonasına qoşulmağa hazır olduğunu bildirib.
Hrvatska je dobila jednoglasnu podršku Vijeća za unutarnje poslove i pravosuđe - 1. siječnja 2023. postajemo članica #Schengen! U godini isporuke ostvarili smo strateške ciljeve @VladaRH, od kojih će najveću korist imati 🇭🇷 građani i gospodarstvo!
✅ #Eurozone
✅ #Schengen pic.twitter.com/mPCGMpGZ1E — Andrej Plenković (@AndrejPlenkovic) December 8, 2022