“Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır” - Ceyhun Bayramov
“Özlərini yerli ermənilərin rəhbəri adlandıranlar etiraf ediblər ki, Qarabağda erməni əhalinin nə qida, nə tibbi ləvazimatlarla bağlı heç bir problemi yoxdur”.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, humanitar məqsədlər üçün yol bağlanmayıb. Buna baxmayaraq Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, humanitar istiqamətlərlə bağlı nə yardıma ehtiyac varsa, qarşılamağa hazırdır. Bunu Azərbaycan dövləti də deyib, orada olan etirazçılar da deyib” - deyə, nazir əlavə edib.
372