Ermənistanda hərbi rütbəli şəxs həbs olundu | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda hərbi rütbəli şəxs həbs olundu

17:20 - 17 / 12 / 2022
Ermənistanda hərbi rütbəli şəxs həbs olundu

Ermənistan Ordusunun ikinci korpusunun sabiq komandiri, Baş Qərargahın Kəşfiyyat idarəsinin eks-rəisi general-mayor Araik Arutyunyan həbs olunub.

1news.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Arutyunyanı dekabrın 15-də həbs ediblər.

Cinayət işi barədə hələ dekabrın 14-də xəbər verilirdi, lakin prokurorluğun rəsmi məlumatında ittiham olunanın adı, vəzifəsi göstərilmirdi. Prokurorluq qeyd edirdi ki, həmin şəxsin səhlənkarlığı nəticəsində 2021-ci ilin mayın 12-də Azərbaycan Ordusunun irəliləyişinin qarşısını almaq mümkün olmayıb.

“Sputnik Ermənistan” müəyyən edib ki, söhbət məhz Arutyunyandan gedir. O, döyüş növbətçiliyinə dair 5 aprel tarixli əmrinin yerinə yetirilmədiyini bilərək günahkarları cəzalandırmaq və vəziyyəti düzəltmək üçün tədbirlər görməyib.

Paylaş:
1077

Son xəbərlər

Bütün xəbərlər