Avropa Komissiyasının Prezidenti Rumıniyaya rəsmi səfərdədir
Avropa Komissiyasının Prezidenti Ursula von Der Leyen Rumıniyaya səfər edib.
1news.az xəbər verir ki, Aİ rəsmisi bu barədə "Twitter"də bildirib.
Bu gün mən Cənubi Qafqazla enerji tərəfdaşlığımızı müzakirə etmək üçün Buxarestdəyəm. Bu, Avropaya yaşıl enerji idxalı üçün potensialı zəngin olan yeni başlayan tərəfdaşlıqdır. Bu, ümumi gələcəyimiz üçün etibar edə biləcəyimiz enerjidir", Ursula von der Leyen qeyd edib.
Qeyd edək ki, bu gün Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “Yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib.