Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə zəng edib
Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Şavkat Mirziyoyev dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, xalqımızın rifahı naminə fəaliyyətində ona uğurlar, möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Özbəkistan Prezidentinə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bu il də uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Özbəkistana bu il ərzində 3 səfərinin əlaqələrimizin möhkəmlənməsində rolu xüsusi qeyd edilib, görüşlər zamanı əldə olunmuş razılıqların həyata keçirilməsindən məmnunluq bildirilib, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
1news.az